"Shamkir Chess 2017":

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2017" turnirində 7-ci turun görüşləri keçirilib.

Metbuat.az-ın məlumatına görə, hesabat turunda təmsilçimiz Şəhriyar Məmmədyarov Maykl Adamsla xalları yarı bölüb. Digər şahmatçımız Teymur Rəcəbov isə Veselin Topalovla heç-heçəyə razı olub.

7-ci turun nəticələrini təqdim edirik:

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maykl Adams (İngiltərə) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Vladimir Kramnik (Rusiya) - 0,5:0,5

Pavel Elyanov (Ukrayna) - Uesli So (ABŞ) - 0,5:0,5

Pentala Harikrişna (Hindistan) - Radoslav Poytaşek (Polşa) - 0,5:0,5

7 turdan sonra turnir cədvəlinə aktivində 5 xalı olan Şəhriyar Məmmədyarov başçılıq edir. Teymur Rəcəbovun isə 3 xalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR