"Prezidentlikdən öncəki həyatım üçün darıxıram"

"Prezidentlikdən öncəki həyatım üçün darıxıram"
23:12 28 Aprel 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp prezident olmadan öncəki həyatı barədə danışarkən Ağ Evdə yeni işinin gözlədiyindən daha çətin olmasına təəccübləndiyini deyib.

Milli.Az "BBC"-yə istinadən bildirir ki, Ağ Evdə Reuters agentliyinə müsahibə verən Tramp keçmiş həyatını "o qədər şey baş verdiyi" üçün "sevdiyini" deyib.

"Bu, keçmiş həyatımda gördüyümdən çox işdir. Mən əvvəlki həyatım üçün darıxıram", - deyə Tramp bildirib.

Trampın prezident olması barədə sözləri sosial şəbəkələrdə lağa qoyulub.

Tramp 100 gündən çoxdur ki, prezident vəzifəsini yerinə yetirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR