İmişlidə piyadanı avtomobil vurub

İmişlidə piyadanı avtomobil vurub
23:22 28 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 28 aprel. REPORT.AZ/ İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Məzrəli kəndində qeydə alınıb.
Belə ki, toydan evə qayıdan həmin kəndin sakini, 39 yaşlı Yasər Mürşüd oğlu Nərimanovu yolda minik avtomobili vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-piyadani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR