Yəməndə "Ərəbistan yarımadasında Əl-Qaidə" adlı terror qruplaşmasının rəhbərlərindən biri öldürülüb.
Metbuat.az bildirir ki, əməliyyat ABŞ hərbçiləri tərəfindən həyata keçirilib. Bu barədə Pentaqonun nümayəndəsi Ceff Deyvis məlumat yayıb:
"Aprelin 23-də hava hücumları nəticsində "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki öldürülüb. Məlumat artıq təsdiqini tapıb".