Lö Pen Zidanın cavabını verdi:

"Zinədin Zidanın futbolla bağlı məsləhətlərinə qulaq asmaq olar, amma siyasətlə əlaqədar eynisini deyə bilmərəm".

Metbuat.az-ın məlumatına görə, bu sözlər BFM TV-yə müsahibə verən Fransada prezidentliyə namizəd, Milli Cəbhə partiyasının sabiq lideri Marin Lö Penə məxsusdur.

Qeyd edək ki, Zinədin Zidan daha öncə Fransa xalqını seçkilərin ikinci turunda Milli Cəbhəyə səs verməməyə çağırmışdı.

Xatırladaq ki, Fransada keçirilən prezident seçkilərinin birinci turunda seçicilərin 24,01 faizinin etimadını qazan Emmanuel Makron və 21,3 faiz səs toplayan Marin Lö Pen ikinci turda iştirak haqqı qazanıblar.

"OpinionWay" anket şirkətinin son sorğusunun nəticələrinə görə, Lö Pen ikinci turda 40 faiz, Makron isə 60 faiz səs toplamaq potensialındadır.

Növbəti Fransa prezidentinin kimliyinə mayın 7-də aydınlıq gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR