"Qalatasaray" Brumanı saxlaya bilmir

"Qalatasaray" Brumanı saxlaya bilmir
00:05 29 Aprel 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"la müqaviləsi 2018-ci ilin yayında başa çatacaq Armindo Bruma karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə "Tottenhem" ciddi maraqlanır. Türkiyə mediası gənc oyunçunun mövsümün sonunda 10.5 milyon avro qarşılığında London klubuna transferindən yazmağa başlayıb. Bruma "Qalatasaray"la yeni müqavilə imzalamaqda maraqlı görünmür. Danışıqlar başlasa belə, futbolçunun agenti onun məvacibini 2 qat artırmağı tələb edəcək. Bu isə maliyyə problemləri olan "sarı qırmızılar"ı qane etmir. 22 yaşlı futbolçu 2011-ci ildə "Sporting"dən 11 milyon avroya heyəıtə cəlb olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR