Avropa İttifaqına üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.
Metbuat.az "Ria Novosti"yə istinadən bildirir ki, görüşdə iştirak edən İttifaqın diplomatiya rəhbəri Federika Moqerini Türkiyə haqqında danışıb.
Referendumun nəticələrini tanıdıqlarını deyən Moqerini Türkiyənin Avropa İttifaqına üzv olmasına dair danışıqların davam etdiyini vurğulayıb:
"Danışıqlar prosesi dayanmayıb. Sadəcə indi yeni mövzular haqqında müzakirələr aparmırıq".