"Azərsun" Bakı 2017-nin rəsmi dəstəkçisi oldu -

Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunları Komitəsi ilə “Azərçay” brendi arasında müqavilə imzalanıb.

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi sıralarına qoşulan “Azərçay” Azərbaycanda qida istehsalçısı olan “Azərsun Holdinq”in bir markasıdır.

Metbuat.az-ın məlumatına görə, "Azərçay" Oyunlar zamanı bəzi məkanlarda, eləcə də Atletlər Kəndində atletləri və qonaqları çay ilə təmin edəcəkdir. İdmançıları və rəsmiləri yüksək səviyyəli çay xidməti, həmçinin ənənəvi çay stəkanları, samovar və taxtadan düzəldilmiş hədiyyə qutuları ilə təmin etməklə yanaşı, "Azərçay" Atletlər Kəndində qolf simulyatoru təşkil edəcək.

Rəsmi dəstəkçi kimi, "Azərsun" Bakı Olimpiya stadionunda 12 may tarixində keçiriləcək Açılış mərasimi ərəfəsində mayın 8-dən başlayaraq, Oyunlar öncəsi idman sessiyaları ilə maraq və coşğu yaradacaq.

Razılaşma barədə danışan Bakı-2017 İslam Həmrəyliyi Oyunları Komitəsinin direktoru, Atletlər kəndinin meri, könüllülərin səfiri, Elçin Səfərov deyib:

"Azərsun Holdinq" Azərbaycanın aparıcı şirkətlərindən biridir və biz onların Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olacağından məmnunuq.

Çay Azərbaycanın ən qədim və əhəmiyyətli mədəniyyət ənənələrindən biridir. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarını dəstəkləməklə "Azərsun Holdinq" və "Azərçay" ölkəmizə səfər edən bütün idmançılara, rəsmi şəxslərə və tamaşaçılara ətirli Azərbaycan çayını təklif etməklə, qonaqlarda Azərbaycanlıların qonaqpərvərliyi və mehribanlığını bir daha tərənnnüm edəcək."

"Azərsun Holdinq"in baş icraçı direktoru, Savaş Uzan deyib:

"Biz, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olmaqdan və Azərbaycanda keçiriləcək mühüm idman tədbirlərinə dəstək verməkdən qürur duyuruq. Əminəm ki, birlikdə biz, mühüm işləri layiqincə həyata keçirəcəyik."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR