İraqın paytaxtı Bağdad şəhərində güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Məlumata görə, paytaxtın Əl-Karrada məhəlləsində minalanmış avtomobil partladılıb.
İraq ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. (report)