Goranboyda kafedə dava düşdü

Goranboyda kafedə dava düşdü
01:28 29 Aprel 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda kütləvi dava olub, xəsarət alan var.

Publika.az xəbər verir ki, rayon sakini 1983-cü il təvəllüdlü Ramin Ağayev müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, R. Ağayev rayon mərkəzində olan kafelərin birində kütləvi dava zamanı döyülüb. Onun sərxoş olduğu deyilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR