Avtobus sürməyə icazəsi yoxdur -

Avtobus sürməyə icazəsi yoxdur, amma sükan arxasındadır. Bəzilərinin isə sürücülük vəsiqəsi üzərlərində yoxdur. Bütün bunlar 83 saylı sərnişin avtobusunun sürücülərində aşkar edilib.

Bəzilərinin sürücülük vəsiqəsində avtobus sürmək hüququ verən "D" kateqotiya yoxdur. Bəzilərinin isə ümumiyyətlə sürücülük vəsiqələri dediklərinə görə üzərində yoxdur.

Söhbət Biləcəri qəsəbəsindən Şərq bazarı istiqamətinə hərəkət edən 83 saylı sərnişin avtobusundan gedir.Bu marşurt avtobusu ilə bağlı "XəzərXəbər”in votsap nömrəsinə sürücülərin müvafiq kateqoriya, eləcədə sürücülük vəsiqəsi olmadan avtobus idarə etmələri ilə bağlı şikayyətlər daxil olub.Bizdə bu məsələni araşdırmaq üçün 83 saylı avtobusda çəkiliş apardıq. Çəkiliş zamanı, məsələn 90 MO 168 dövlət qeydiyyat nömrə nişanlı avtobusun sürücüsünün bu nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadığı halda sərnişin daşıdığı məlum oldu.

Bununla yanaşı,marşurt xəttində çalışan sürücülərin bəzilərinin sürücülük vəsiqəsinin olmadığıda aşkar edildi.90 VZ 622 VƏ 90 VX 695 dövlət qeyydiyyat nişanlı avtobusun sürücüləri bunu müxtəlif səbəblərlə izzah etdi.

Məsələ ilə bağlı 83 saylı marşurt xəttinin sahibkarı Kamandar Mustafayev deyir ki, həm kateqoryası olmadan avtobusu idarə edən sürücünü işə götürən ,həm də sürücünün özü işdən azad edilib. Sürücülük vəsiqəsinin müdiriyyətdə qalmasına gəlincə isə, sahibkar bunun səbəbini belə izzah etdi.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki,problemlə bağlı sahibkara ciddi xəbərdarlıq ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR