FIFA prezidentinə qarşı araşdırma başladı

FIFA prezidentinə qarşı araşdırma başladı
03:14 29 Aprel 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

FIFA-nın Etika komitəsi təşkilatın prezidenti Canni İnfantinoya qarşı araşdırmaya başlayıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Spiegel” nəşri yazıb.

 

Məlumata əsasən, araşdırmaya səbəb kimi C.İnfantinonun zimbabveli futbol funksioneri, milyonçu Filip Çiyanqva ilə əlaqəsi göstərilir.

 

Belə ki, Afrika Futbol Konfederasiyası prezidenti postuna seçkilər keçirilərkən F.Çiyanqva açıq şəkildə quruma 1988-ci ilən rəhbərlik edən İssa Xayatuya qarşı çıxış edib. Nəticədə bu ilin martında baş tutan seçkilərdə Madaqaskar Futbol Federasiyasının başçısı Əhməd Əhməd qalib gəlib. “Spiegel”-ə görə, bundan əvvəl C.İnfantino  Filip Çiyanqvanın təşkil etdiyi tədbirlərə qatılıb, milyonçunun seçkilərə müdaxilə etməsinə imkan yaradıb.

 

Xatırladaq ki, isveçrəli Canni İnfantino 2016-ci ilin fevral ayından FİFA-ya rəhbərlik edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR