İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu
03:23 29 Aprel 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Məzrəli kəndində qeydə alınıb.

Belə ki, toydan evə qayıdan həmin kəndin sakini, 39 yaşlı Yasər Mürşüd oğlu Nərimanovu yolda minik avtomobili vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR