"Şalke" 12 dəqiqəyə 3 qol vuraraq "Bayer"i darmadağın edib

"Şalke" 12 dəqiqəyə 3 qol vuraraq "Bayer"i darmadağın edib
04:37 29 Aprel 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ "Şalke" futbol üzrə Almaniya çempionatının 31-ci turunun səfər matçı çərçivəsində "Bayer"i 4:1 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, qalib komandanın heyətində qolları Qvido Burqştaller (6 və 50-ci dəqiqələr), Benedikt Xevedes (10) və Alessandro Şepf (18) vurub. Meydan sahiblərinin yeganə qolunu Ştefan Kisslinq (69) vurub.
"Şalke" 41 xal ilə turnir cədvəlinin 8-ci pilləsində, "Bayer" isə 36 xalla 12-ci yerdə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/salke-12-deqiqeye-3-qol-vuraraq-bayer-i-darmadagin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR