Braziliyada etirazçılar prezidentinin evini daşa basdıılar

Braziliyada etirazçılar prezidentinin evini daşa basdıılar
04:39 29 Aprel 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyanın San-Paulu şəhərində etirazçılar ölkə prezidenti Mişel Temerin evi qarşısında iğtişaş törədiblər.

 

APA-nın məlumatına görə, bu barədə yerli  “Globo” telekanalı xəbər verib.

 

Məlumata əsasən, hazırda M.Temer ölkənin paytaxtı Brazilia şəhərindədir. Buna baxmayaraq, etirazçılar ölkə başçısının yaşadığı binanı daşa basıb, fişənglər atıblar. Hadisə yerinə xeyli sayda polis cəlb edilib.

 

Hökumət əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları ölkə başçısının təklifi ilə nəzərdə tutulan pensiya islahatı və əmək qanunvericiliyinə dəyişikliklərə etiraz edirlər. Aprelin 28-də Braziliyanın əksər regionlarında ümummilli tətil keçirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR