Albaniya yeni prezidentini seçib

Albaniya yeni prezidentini seçib
05:47 29 Aprel 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ Albaniya parlamenti İnteqrasiya naminə Sosial Hərəkatın lideri İlir Metanı ölkənin yeni prezidenti seçib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, prezident səsvermənin dördüncü dövrəsində 87 səs "lehinə" və 2 səs "əleyhinə" olmaqla seçilib.
Dövlət başçısının səlahiyyət müddəti 5 ildir, lakin Albaniyada o, əsasən mərasim funksiyalarını icra edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/albaniya-yeni-prezidentini-secib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR