Albaniyanın yeni prezidenti bəlli oldu

Albaniyanın yeni prezidenti bəlli oldu
05:48 29 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Albaniya parlamenti spiker İlir Metunu ölkənin yeni prezidenti seçib.

Publika.az xəbər verir ki, onun namizədliyinin lehinə ümumilikdə 87 parlamentari səs verib.

İlir Metunu baş nazir Edi Ramanın sədri olduğu Sosialist partiyası və özünün rəhbərlik etdiyi solçu “İnteqrasiya uğrunda hərəkat” partiyası dəstəkləyib.

Müxalifət partiyaları səsverməni boykot edib. 48 yaşlı İlir Metu 1999-2002-ci illərdə Albaniyanın baş naziri olub. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR