Avstriya prezidentindən islamofobiya ilə mübarizəyə ÇAĞIRIŞ: "Başınızı bağlayın"

Avstriya prezidentindən islamofobiya ilə mübarizəyə ÇAĞIRIŞ: "Başınızı bağlayın"
06:43 29 Aprel 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriya prezidenti Aleksandr van der Bellen ölkənin bütün qadınlarını islamofobiya ilə mübarizə naminə baş örtüyü taxmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə "The Independent" yazıb.

"Təkcə müsəlman qadınlar yox, bütün qadınlar baş örtüyü geyinə bilər və əgər əsl və başlı-başına buraxılan islamofobiya davam edərsə, o zaman gün gələcək biz bütün qadınlardan baş ördüyü taxmağı xahiş edəcəyik, hamıdan – bunu dini baxımdan edən hər kəslə həmrəylik əlaməti olaraq", - deyə prezident məktəblərdən birinin şagirdləri ilə görüşü zamanı bildirib.

"Əlbəttə, hər bir qadın istədiyi şeyi geyinmək hüququna malikdir, bu, sadəcə mənim sözügedən məsələ ilə bağlı mövqeyimdir", - deyə van der Bellen qeyd edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR