Filippində “Əbu Səyyaf”-ın lideri öldürüldü

Filippində “Əbu Səyyaf”-ın lideri öldürüldü
06:59 29 Aprel 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Filippində "Əbu Səyyaf” qruplaşmasının liderlərindən biri Əl-Xabsi Misaya məhv edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Filippin ordusunun qərargah rəisi Eduardo Ano bəyan edib.

 

Misayanın hökümət qüvvələri ilə terrorçular arasında baş verən atışmada öldürüldüyü bildirilir. Qruplaşma lideri həmçinin çox sayda yerli və əcnəbi vətəndaşların girov götürülməsində ittiham edilirdi.

 

"Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir.  2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR