Bu antivirus Windows-u iflic edir

Bu antivirus Windows-u iflic edir
07:22 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Məşhur "Webroot" antivirus proqram təminatının istifadəçilərinin məlumatına görə, sözügedən antivirusun işində nasazlıq qeydə alınıb və nəticədə minlərlə kompüterdə "Windows" faylları zədələnib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bir çoxları süni intellekt və "ağıllı" texnika tərəfindən "üsyan" gözlədiyi halda məşhur "Webroot" antivirusu "Windows" sisteminin fayllarını zədələyib. Bundan başqa, "Facebook" sosial şəbəkəsini tamamilə bloklayıb.

Nasazlığı dəqiq təhlil edən mütəxəssislər belə nəticəyə gəliblər ki, antivirus proqram təminatı "Windows" əməliyyat sisteminin (ƏS) vacib sistem fayllarını təhlükəli kimi qeydə alaraq onları karantinə yerləşdirir. Nəticədə ƏS-i yüklənmir və kompüter açılmır. Tərtibatçıların sözlərinə görə, bu problem tamamilə aradan qaldırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR