Bakıda polis maşını qəzaya uğrayıb, 1 nəfər yaralanıb

Bakıda polis maşını qəzaya uğrayıb, 1 nəfər yaralanıb
07:37 29 Aprel 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil qəzaya uğrayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Suraxanı RPİ-nin polis serjantı, 1977-ci il təvəllüdlü Şahbuzov Sübhan Tağı oğlu idarə etdiyi xidməti "Fiat" markalı avtomobil ilə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən keçən dənizkəranı yolda hərəkətdə olarkən yolayrıcı dəmir çəpərə çırpılıb.
Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Nəticədə polis ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil Suraxanı RPİ-nin cərimə meydançasına aparılıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR