"Barselona" və "Real"ın keçmiş ulduz futbolçuları üz-üzə gəlib

"Barselona" və "Real"ın keçmiş ulduz futbolçuları üz-üzə gəlib
07:57 29 Aprel 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" və "Real" klublarının əfsanəvi futbolçuları Livanın paytaxtı Beyrutun Kamil Şamun adına stadionunda üz-üzə gəliblər.
"Report" xəbər verir ki, veteranların yoldaşlıq oyunu 3:2 hesabı ilə "kataloniyalılar"ın xeyrinə başa çatıb.
Qarşılaşmanı 38 min tamaşaçı izləyib.
Qalib komandanın qollarını Lüdovik Jüli (2 qol) və Simau Sabroza vurub. Braziliyalı Ronaldinyo 3 məhsuldar ötürmə edib. "Real"ın heyətində Fernando Sans və Françesko Herrero fərqlənib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-ve-real-in-kecmis-ulduz-futbolculari-uz-uze-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR