Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb

Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb
08:02 29 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ Bakının Suraxanı rayonunda ardarda iki bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, eyni ünvanda yaşayan kişi və qadın binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq xəsarət alıb.
Hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Əvvəlcə qəsəbənin ev 7A ünvanında yaşayan 1972-ci il təvəllüdlü Hüseynova Nəzakət, ardınca isə 1982-ci il təvəllüdlü Rzayev Teymur Vaqif oğlu 3-cü mərtəbənin eyvanından yerə yıxılıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-eyni-unvanda-yasayan-kisi-ve-qadin-3-cu-mertebeden-yere-yixilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR