Terror təşkilatının liderlərindən biri öldürüldü

Terror təşkilatının liderlərindən biri öldürüldü
08:05 29 Aprel 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ hərbçiləri Yəməndə "Ərəbistan yarımadasında Əl-Qaidə" terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

"Aprelin 23-də hava zərbəsi nəticəsində "Əl-Qaidə" terror təşkilatının Ərəbistan yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib" - deyə Devis qeyd edib.

Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarhar əyalətində xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 35 silahlısı məhv edilib.

MƏQALƏDƏ: Pentaqon

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR