Google Play-dəki virus 2 milyon smratfonu yoluxdurdu

Google Play-dəki virus 2 milyon smratfonu yoluxdurdu
08:05 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Check Point Software Technologies" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, "FalseGuide" zərərverici proqram təminatı "Google Play" internet mağazasında artıq 2 milyon istifadəçini virusa yoluxdurub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "FalseGuide" virusuna yoluxmuş ilk 40 mobil tətbiq 2017-ci ilin fevralında mağazaya yüklənib, amma tezliklə aşkar edilərək silinib. İndi sözügedən zərərverici proqram təminatına yoluxmuş 5 yeni proqram aşkar edilib. Bu onu göstərir ki, kibercinayətkarlar istifadəçi qurğularını virusa yoluxdurmaq kampaniyasına davam edirlər.

"FalseGuide" tətbiqi mobil cihaza quraşdırılma zamanı inzibatçı hüquqlarını əldə etmək istəyir, bundan sonra virusa yoluxdurulmuş qurğulardan gizli botnet yaradır. Bu zərərverici proqram təminatının köməyi ilə kibercinayətkarlar qurğuya "root" giriş əldə edə, "DDoS" hücumlar və təhlükəsiz şəbəkələrə müdaxilə məqsədilə istifadə edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR