Salyanda yaşlı kişini maşın vurub

Salyanda yaşlı kişini maşın vurub
08:17 29 Aprel 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 29 aprel. REPORT.AZ/ Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gecə rayonun Süd zavodu adlanan ərazisində qeydə alınıb.
Salyan şəhəri, Əlövsət Quliyev küçəsi, bina 8, ev 8 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Zakir Əvəz oğlu Həsənovu yol ilə gedərkən minik avtomobili vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadanı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Z.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-yasli-kisini-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR