“Samsung”dan sürücülər üçün yenilik

“Samsung”dan sürücülər üçün yenilik
08:37 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Samsung" yeni, faydalı proqram əlavəsi yaratmaq üzərində işləyir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, proqram əlavəsi "İn-Traffic Resply" adlanacaq. Bu proqram avtomobil idarə olunarkən sürücünün smartfonuna daxil olan mesajlara avtomatik cavab verəcək.  
 
"In-Traffic Reply" proqramının mahiyyəti bundan ibarətdir ki, smartfonun sensorları və GPS-siqnalı avtomobil və ya velosiped idarə olunarkən bunu müəyyənləşdirir və daxil olan mesajları vahid şablon əsasında cavablandırır.
 
Hazırda proqram Niderlandda test edilir. İki cavab versiyası var: "Mən ruldayam və cavab verə bilmirəm" və animasiyalı şən cavab versiyası.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/539284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR