İlk təhlükəsiz smartfon təqdim edildi

İlk təhlükəsiz smartfon təqdim edildi
08:42 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bu günlərdə "Aermoo" şirkəti dünyada ilk çərçivəsiz smartfonunu təqdim edib. Bu aparatın əsas özəlliyi təhlükəsiz korpusla təchiz edilməsidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bir qayda olaraq, təhlükəsiz smartfonlar böyük ölçü, qalınlıq və görkəmsiz dizayna malik olurlar. İstehsalçının sözlərinə görə, "Aermoo F1" smartfonu özündə ən proqressiv ideya və texnologiyaları birləşdirərək analoqlarından fərqlənəcək.

"F1" smartfonunun ön panelində mexaniki düymələr olmayacaq və  smartfonun ön paneli displeydən ibarət olacaq. Məlumata görə, "Lamborghini" şirkətinin dizaynerləri yeni qurğunun dizaynının hazırlanmasında iştirak ediblər.
 
"Aermoo F1" smartfonu "IP68" standartına uyğun su və toza qarşı davamlıdır, 6 QB əməli yaddaş və səkkiznüvəli "Snapdragon 835" prosessoru ilə təchiz edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/539278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR