“Uber”in uçan taksini nə vaxt təqdim edəcəyi məlum oldu

“Uber”in uçan taksini nə vaxt təqdim edəcəyi məlum oldu
08:47 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Uber" şirkəti vertikal uçuş və eniş prinsipi (VTOL) əsasında işləyəcək uçan taksi şəbəkəsi yaratmağı planlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət 2020-ci ildə Dubayda keçiriləcək "World Expo" sərgisində yeni nəqliyyat vasitəsini nümayiş etdirmək fikrindədir. Layihənin ilk tərəfdaş-şəhərləri ABŞ-ın Texas ştatının Dallas və Fort-Uert, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərləri olub. Texas rəhbərliyi Dallas - Fort-Uert aqlomerasiyasını ölkədə bu texnologiyanın hazırlanması və testləri üçün pilot layihənin həyata keçiriləcəyi ilk şəhərə çevirmək istəyir. BƏƏ-də isə "Uber" Dubayın yol və nəqliyyat idarəsi ilə əməkdaşlıq edir.  
 
"Uber" helikopter meydançaları inşa etmək mümkün olan yerlərin axtarışı üçün əmlak satışı firmaları, eləcə də elektrik VTOL-təyyarələri işləyib hazırlayan təyyarə istehsalçıları ilə əməkdaşlıq qurub.
 
Şirkətin planları hələ ötən il məlum olub. "Uber" öz hesabatında 5 il ərzində şəhərlərdə uçan taksilərin ortaya çıxacağını vəd edib. Şirkətin proqnozlarına əsasən uçan taksi bir dəfə yanacaq götürməklə 160 km məsafə qət edə və saatda 250 km sürətlə hərəkət edə bilər. "Uber" elə bir xidmət yaratmaq istəyir ki, sərnişinlər düyməyə bir dəfə basmaqla uçan taksini çağıra bilsinlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR