“Əbu Səyyaf”ın lideri məhv edilib

“Əbu Səyyaf”ın lideri məhv edilib
08:52 29 Aprel 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Filippində "Əbu Səyyaf" qruplaşmasının liderlərindən biri Əl-Xabsi Misaya məhv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Filippin ordusunun qərargah rəisi Eduardo Ano bəyan edib.
 
Misayanın hökümət qüvvələri ilə terrorçular arasında baş verən atışmada öldürüldüyü bildirilir. Qruplaşma lideri həmçinin çox sayda yerli və əcnəbi vətəndaşların girov götürülməsində ittiham edilirdi.
 
"Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir.  2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR