“Lenovo” “Zuk” brendini ləğv edir

“Lenovo” “Zuk” brendini ləğv edir
09:05 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Ötən ay məlum olub ki, "Lenovo" gələcək smartfonlarında "Motorola" brendini qaytarmaq qərarına gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət smartfon bazarında "Lenovo" da daxil, bütün digər brendləri ləğv edəcək.

Sonuncusu daha inandırıcı olmasa da, "Zuk" brendinin ləğv ediləcəyinə şübhə qalmamalıdır. Ən azı analitik Pan Citanqa (Pan Jiutang) istinad edən mənbənin məlumatına inansaq, "Zuk Z3" smartfonu və ya brendin hər hansı digər yeni aparatı istehsal edilməyəcək. Brendin özünü isə ləğv edəcəklər.  

"Motorola" brendinə gəldikdə, onun yenidən istehsalına başlanacağı ilə bağlı məsələ açıq olaraq qalır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/539280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR