FIFA prezidentinə qarşı araşdırma aparılır

FIFA prezidentinə qarşı araşdırma aparılır
09:12 29 Aprel 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

FIFA-nın Etika komitəsi təşkilatın prezidenti Canni İnfantinoya qarşı araşdırmaya başlayıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Spiegel" nəşri yazıb.
 
Məlumata əsasən, araşdırmaya səbəb kimi C.İnfantinonun zimbabveli futbol funksioneri, milyonçu Filip Çiyanqva ilə əlaqəsi göstərilir.
 
Belə ki, Afrika Futbol Konfederasiyası prezidenti postuna seçkilər keçirilərkən F.Çiyanqva açıq şəkildə quruma 1988-ci ilən rəhbərlik edən İssa Xayatuya qarşı çıxış edib. Nəticədə bu ilin martında baş tutan seçkilərdə Madaqaskar Futbol Federasiyasının başçısı Əhməd Əhməd qalib gəlib. "Spiegel"-ə görə, bundan əvvəl C.İnfantino Filip Çiyanqvanın təşkil etdiyi tədbirlərə qatılıb, milyonçunun seçkilərə müdaxilə etməsinə imkan yaradıb.
 
Xatırladaq ki, isveçrəli Canni İnfantino 2016-ci ilin fevral ayından FİFA-ya rəhbərlik edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR