Deputat: "AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür"

Deputat: "AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür"
09:17 29 Aprel 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarı əsası olmayan, ədalətsiz, qərəzli qərardır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bu qərar Türkiyəyə təzyiq etmək məqsədi güdür. Onun sözlərinə görə, bəzi dairələr Türkiyəni güclü və sabit görməkdə maraqlı deyillər: "Onlar Türkiyəni daim anarxiya içində görmək istəyirlər. Türkiyə bu qərarı qəbul etməz və cavabını verəcək".

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/539878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR