Daha bir ölkədə çempion bəlli oldu

Daha bir ölkədə çempion bəlli oldu
09:32 29 Aprel 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrə Super Liqasında 2016/17-ci il mövsümünün çempionu bəlli olub. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionatın 30-cu turunda səfərdə "Lutsern"i 2:1 hesabıyla məğlub edən "Bazel" bitimə 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Belə ki, "göy-qırmızılar" bu qələbəylə 2-ci pillədə qərarlaşmış, bir oyun az keçirmiş "Yanq Boyz"u 24 xal qabaqlayaraq, ən yaxın izləyicisi üçün əlçatmaz olub.
 
Qeyd edək ki, bu, "Bazel"in ardıcıl 7-ci olmaqla, ümumilikdə, 20-ci çempionluğudu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR