Ağdaşda 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib

Ağdaşda 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib
09:47 29 Aprel 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş. 29 aprel. REPORT.AZ/ Ağdaş rayonunda 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib.
"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun Ortaləki kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Firdovsi oğlu Vaqifzadə ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. 
Dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə tibbi yardım göstərilib.
Xəstəxanadan "Report"a bildirilib ki, hazırda O.Vaqifzadənin vəziyyəti qənaətbəxşdir. Müayinələr zamanı onun dərman preparatları qəbul edərək özünü öldürməyə cəhd etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-18-yasli-oglan-derman-icerek-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR