Qazaxıstan IV İslam Həmrəyliyi Oyunlarında 4 idman növündə təmsil olunacaq

Qazaxıstan IV İslam Həmrəyliyi Oyunlarında 4 idman növündə təmsil olunacaq
09:52 29 Aprel 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ Qazaxıstan Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 4 idman növündə təmsil olunacaq.
"Report" “Kazinform”a istinadən xəbər verir ki, 35 idmançı boks, güləş, cüdo və taekvondo üzrə yarışlarda mübarizə aparacaqlar.
Qazaxıstan ümumilikdə 50 nəfərlik heyətlə Bakıya gələcək. Onlardan 10 nəfəri məşqçilər korpusunun üzvləri olacaq. Digər 5 nəfərə gəlincə, bunlar nümayəndə heyətinin başçısı, qərargah nümayəndəsi, həkimlər və mətbuat katibidir.
Qeyd edək ki, İslamiada mayın 12-də başlayacaq və 22-də başa çatacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/qazaxistan-iv-i-slam-hemreyliyi-oyunlarinda-4-idman-novunde-temsil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR