Arvadı ilə uşaqlarını öldürüb intihar etdi

Arvadı ilə uşaqlarını öldürüb intihar etdi
09:52 29 Aprel 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Stravropol şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az femida.az -a istinadən xəbər verir ki, şəhər sakini həyat yoldaşı ilə iki uşağını öldürdükdən sonra öz canına da qəsd edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

İlkin istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, ana ilə uşaqlarına ailənin rəhbəri xəsarət yetirdikdən sonra özünü öldürüb: "Kişinin əlində bıçaq aşkarlanıb. Qətlə yetirilənlərin bədənindəki xəsarətlər də oxşardır. Evə zorla daxil olma halı ilə bağlı iz müəyyən edilməyib. Evin giriş qapısı içəridən bağlı olub, əşyaların yerlərində də heç bir dəyişiklik olmayıb". 

Faktla bağlı cinayət işi açılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR