Qırğızıstanda torpaq sürüşməsi: 7 ev dağıldı, 24 nəfər öldü

Qırğızıstanda torpaq sürüşməsi: 7 ev dağıldı, 24 nəfər öldü
10:13 29 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın cənubunda yerləşən Oş vilayətində güclü torpaq sürüşməsi baş verib.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərinə görə, Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə, 24 nəfər ölüb.

Hadisə bu gün səhər yerli vaxtla saat 7.00 radələrində Uzgen rayonunun Zərgər kəndində baş verib. Sürüşmə zonası 1 milyon kubmetr ərazini əhatə edir.

Sürüşmə nəticəsində 7 ev iri torpaq kütləsinin altında qalaraq dağılıb.

İlkin məlumata görə, ölənlərin hamısı hadisə vaxt evdə olub və torpaq qatının altında qalıb.

Hadisə yerinə FHN-in 100-dən artıq əməkdaşı cəlb olunub.

Onlar torpaq kütləsini təmizləməyə, torpağın altında qalanları çıxarmağa çalışırlar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR