Qiymətləndirmədən keçən müəllimlərin 31,6 %-nin təkmilləşməyə ehtiyacı var

Qiymətləndirmədən keçən müəllimlərin 31,6 %-nin təkmilləşməyə ehtiyacı var
10:19 29 Aprel 2017
1090 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda və ölkənin 12 bölgəsində keçirilmiş diaqnostik qiymətləndirmənin nəticəsi olaraq 55 minə yaxın müəllimin maaşı artımla ödənilir.

 

Lent.az-ın məlumatına görə, 2016-cı ildə daha 26 rayonda bu proses aparılıb, 36,242 müəllim diaqnostik qiymətləndirmədən keçirilərək ümumi rəqəm 91 minə çatdırılıb. 2017-ci ilin yanvar ayından maaş artımı onlara da tətbiq ediləcək.

 

2015-2016-cı illərdə Bakıda keçirilən diaqnostik qiymətləndirmədə 28,758 nəfər, ölkənin 12 bölgəsində isə 26,290 müəllim iştirak edib.

 

Diaqnostik testin nəticələrinə əsasən regionlar üzrə imtahanda iştirak edən müəllimlərin 14,8%-i əla, 53,6%-i yaxşı nəticə göstərib, 31,6% müəllimin isə təkmilləşməyə ehtiyacı olduğu qənaətinə gəlinib.

 

Hesabatda bildirilir ki, ötən il müəllimlərin işə qəbulu üçün müraciət edənlərin sayı keçən ilə nisbətən artıb. 10,451 nəfər daha çox namizəd qeydiyyatdan keçərək müəllim olmaq istəyini bildirib. Ötən il bu rəqəm 24,437 nəfər olmuşdusa, 2016-cı ildə 34,888 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Ümumilikdə isə müddətli və müddətsiz müqavilə ilə işə qəbul olunmuş müəllimlərin sayı 2015-ci ildə 2,879, cari tədris ilində isə 3 mindən çox olub.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR