Türkiyədən oğurlanan "qadın" ABŞ-da 14,5 milyon dollara satıldı - FOTO

Türkiyədən oğurlanan "qadın" ABŞ-da 14,5 milyon dollara satıldı - FOTO
10:22 29 Aprel 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədən oğurlanan əsər ABŞ-da 14,5 milyon dollara satılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərindəki Kristes Hərrac Evi tərəfindən təşkil edilən hərracda Türkiyədən oğurlanan 5 min illik qadın heykəli "Guennol Stargazer" (Guennol ulduz ovçusu) təxminən 14,5 milyon dollara satılıb. 

Satış zamanı Kristes Hərrac Evinin qarşısına toplanan türklər bu olayı protest ediblər. 

Türkiyə "qadın"ın geri qaytarılmağı üçün hüquqi işlərə başlayıb.

Anadoludan oğurlanan "Guennol ulduz ovçusu" adlı tarixi əsər 12 milyon 500 min dollarlıq "çəkic qiyməti"ylə, bütün xərclər daxil olmaqla 14 milyon 471 min 500 dollara sahibini tapıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR