Gecələri gec yatanlara həkimlərdən XƏBƏRDARLIQ!

Mütəxəssislər deyir ki, gecələri gec yatmaq ciddi sağlamlıq problemlərinə gətirib çıxarır.

Metbuat az Türkiyə mediasına istinadla bildirir ki, gec saatlara qədər oturmaq yalnız yuxu nizamsızlığına səbəb olmur. Bu davranış ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Gecə bəlli saatlarda orqanlar və hüceyrələr özünü yeniləmək ehtiyacı duyur. Yenilənmə baş tutmadığında isə ciddi problemlərə səbəb olur.

Nizamlı yuxu yatmadığınızda maddələr mübadiləsi zəifləyir və kökəlmə baş verir. Yataqdan çıxmaq istəmədiyiniz hər yarım saatda çəki daha da artmağa başlayır və bədənin insulin müqaviməti aşağı düşür.

Həkimlər deyir ki, gec yatanların infarkt olmaq riski daha yüksəkdir.

Gec saatlara qədər oturduğunuzda qan təzyiqi artır, bu vəziyyət irəlidə infarkt və ciddi kardioloji prblemlərin yaranmasına səbəb ola bilər. Normal yuxu yatan insanlarda isə bu risk çox aşağıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR