Qoşulub qaçan sevgili qızların görüntüləri yayıldı: ata qızını Gürcüstanda tapdı - FOTO

Qoşulub qaçan sevgili qızların görüntüləri yayıldı: ata qızını Gürcüstanda tapdı - FOTO
12:05 29 Aprel 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Maria Şazam adlı gənc qızlar Dubay və Gürcüstandan sonra qaçaq yollarla gəldikləri İstanbulda itkin düşüblər. Ailələri ilə tanışları 4 gündür itkin düşən qızlara görə İngiltərə və İspaniya konsolluqlarına müraciət ediblər. Şazanın atası tərəfindən pasportları cırılan 2 qız İstanbulda Geri Qaytarmaq Mərkəzində ortaya çıxıblar.

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda tanış olan İspaniya və Argentina vətəndaşı Maria Jimena Riko Montero (28) ilə Misir əsilli ispaniyalı Şazam İsmayil (22) 4 gün əvvəl gəldikləri İstanbulda itkin düşüblər. 

Şazam İsmayılın atası cütlüyün əlaqəsinə qarşı çıxdığı üçün təqib edib. Onları Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərinə dəvət edib. Ata qızına anasının xəstə olduğunu deyərək Misirə qayıtmağını istəyib. Atasının doğru demədiyini öyrənən Şazam atasının yanına Mariayla getmək istədiyini bildirib.

Cütlük Gürcüstan vasitəsiylə Londona qayıtmaq üçün yola çıxıblar. Tbilisi hava limanına gəldiklərində Şazam İsmayılın atası ilə qarşılaşan cütlük böyük çaşqınlıq yaşayıblar. Qızının Maria ilə sevgili olduğunu təsdiq etməyən Şazam İsmayılın atası qızını geri qaytarmaq üçün razı salmağa çalışıb. Ancaq bacarmayıb. Ata qızların pasportlarını alaraq viza səhifələrini cırıb. Pasportsuz qalan qızlar oradan ayrılıb bir tanışları vasitəsi ilə Gürcüstana, oradan da qaçaq yollarla Türkiyəyə daxil olublar. İstanbula gələn Maria və Şazam pasportsuz tutulunca nəzarətə alınıblar.

Mariyanın anası Teresa Montero: "Qızım ilk mesajında ​​Şazmanın ailəsi və ailə vəkillərinin onu Gürcüstana qədər təqib etdiyini yazdı. Şazamın atası pasportunu ələ keçirib. 10 saat nəzarətdə dindirildikdən sonra sərbəst buraxıldıqlarını qeyd edib". Çərşənbə axşamı son olaraq anası ilə yazışan Maria "Ana, axşama qədər sizlə əlaqə saxlaya bilməsəm, başımıza bir iş gəldiyindən xəbərdar olun" sözlərini yazıb. Bu, qızların yazdığı son mesaj olub.

Qızların ailələri İngiltərə və İspaniya konsulluqlarına müraciət ediblər. Konsulluqlar iki qız üçün "hərəkətə keçib". Cütlükdən dünən axşam yaxşı xəbər gəlib. İspan tanışları qızların İstanbulda olduğunu bildiriblər. Marianın bacısı Hermena Jimena da bacısının və yoldaşının tapıldığını, ancaq yerləri haqqında açıqlama edilmədiyini söyləyib. İngilis və ispan qəzetlərində çıxan xəbərlərə görə, 2 qız İstanbulda Geri Qaytarmaq Mərkəzində nəzarətdə saxlanılırlar. Xəbərlərdə deportasiya əməliyyatları üçün ingiltərəli səlahiyyətlilərlə təmasa keçildiyi, Maria və Şazamın Londona göndəriləcəkləri də qeyd edilib.

Marianın bacısı Hermena Jimena bu məlumatı verib:

"Bacım polisin nəzarətində və ya Şazamın təhlükəli atasından qaçmaq üçün bir yerdə gizləndiyi ehtimalı üzərində dayanırıq. Bu vəziyyətdə bacım Marianın bizimlə təmasa keçməyini gözləyirik".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR