Polad əsəbli gənc internetdə məşhurlaşdı - VİDEO - FOTO

Polad əsəbli gənc internetdə məşhurlaşdı - VİDEO - FOTO
12:12 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Tez ol! Tələs, tərpən!" Dükana soxulan quldur əlindəki tapançanı kassirin üzünə dirəmişdi. Qulaqcıqlarda mahnıya qulaq asan kassir isə gözlərinin önündəki tapança lüləsinə əsla fikir verməyirmiş kimi davranıb.

Milli.Az Fox 4 KC-yə istinadən bildirir ki, kassirin soyuqqanlı davranışı onu internetdə məşhurlaşdırıb. Bu gənci "polad əsəbli adam" adlandırırlar.

İnsident ABŞ-ın Missuri ştatındakı Kanzas-Siti şəhərində, "Jimmy Jones" sendviç dükanında yaşanıb.

3900 Broadway küçəsindəki bu dükana girən qaradərili quldur kassanı qarət etmək niyyətində idi.

O, əlindəki tapançanı kassirə yönəldib və onu qorxutmaq istəyib.

Kasssir isə sanki heç nə olmamış kimi davranıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Polad əsəbli gənc internetdə məşhurlaşdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR