"Azərbaycan ATƏT-in təkliflərinə veto qoyub"

"Azərbaycan ATƏT-in təkliflərinə veto qoyub"
12:22 29 Aprel 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT tənqid olunur, ancaq bu qurum Dağlıq Qarabağ münaqişəsi zonasında monitorinq aparan yeganə təşkilatdır

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Karnegi fondunun elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vall "Taleyin ironiyası: ATƏT ən çox lazım olduğu vaxtda tənqid olunur" başlıqlı məqaləsində yazıb.

"ATƏT 2014-cü ildə Ukraynanın şərqində neytral inam qazanmağa müvəffəq oldu. Bu qurum Dağlıq Qarabağ münaqişəsi zonasında monitorinq aparan yeganə təşkilatdır", - Tomas de Vall vurğulayıb.

Müəllif vurğulayır ki, ATƏT-in İrəvandakı ofisi hüquqi vakuum şəraitində işləyir. Onun sözlərin görə, buna səbəb Azərbaycanın ATƏT-in təkliflərinə veto qoymasıdır.

"Azərbaycan tərəfi bəzi təkliflərə veto qoyub. Bəyan edib ki, ATƏT Dağlıq Qarabağda əraziləri minalardan təmizləməyə kömək etməklə öz səalhiyyətlərini artıra bilər. ABŞ və digər ölkələr rəsmi Bakını mövqeyini dəyişməyə çağırıb. Ümid var ki, yaxın vaxtlarda vəziyyət dəyişəcək". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/539945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR