Ana kədərinin nə olduğunu bilirsiniz? - FOTO

Ana kədərinin nə olduğunu bilirsiniz? - FOTO
12:27 29 Aprel 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Əzab, kədər, qəm və itkinin ağrısı... Yeni dünyaya gətirdiyi övladını qucağına almış ana onu oxşayır, əzizləyir, laylay deyir. O, qızına baxıb hıçqırır.

Çünki qızı ölü doğulub. Ata isə çarpayının yanında durub və ağlayır. Göz yaşlarını görməsinlər deyə, divara tərəf dönüb.

Milli.Az NBC-yə istinadən bildirir ki, 31 yaşlı Kerri Yanq hamiləliyinin çox ağır keçməsinə, həkimlərin xəbərdarlıqlarına rəğmən, bətnindəki qızını dünyaya gətirməkdə qərarlı idi.

O bilirdi ki, qızı Yeva doğulandan sonra çox yaşamayacaq. Çünki Yeva hələ ana bətnində olanda onun beynində anensefaliya aşkarlanmışdı. Bu xəstəlik zamanı beyin normal inkişaf etmir.

Kerrinin dediyinə görə, Yeva doğulandan sonra öləcəkdi: "Bunu bilirdim. Ərimlə qərara gəldik ki, qızım öləndən sonra onun orqanlarını transplantasiyaya ehtiyacı olanlar üçün verək. Olmadı".

Roys Yanq da bunu təsdiqləyir.

ABŞ-ın Oklahoma ştatında yaşayan Roys və Kerrinin dediklərinə görə, qızlarının vəfatının qaçılmazlığı xəbəri ilə barışmışdılar. Lakin onlar Yevanın ölümdən sonra kimisə xilas edəcəyini düşünürdülər.

Aprelin 16-da Oklahoma-Sitidəki hospitalda Yeva ölü doğulub.

"Hamiləliyin son  ayında həkimin otağında oturmuşduq. Bizə dedilər ki, Kerrinin bətnindəki qızımızın beyninin alın hissəsi inkişaf etmir. Həkim söylədi ki, qızımın doğulandan sonra yaşamaq şansı sıfıra bərabərdir. Buna rəğmən, ümidimizi itirmədik. Tanrıya dua edirdik. Başqa nə edə bilərdik ki?! 2 yaşlı oğlumuz Harrisonun doğulacaq bacısına ad da qoymuşduq - Yeva Qreys... Kerri hamiləliyi sonadək davam etdirəcəyini dedi. Həkimə söylədi ki, Yevanın doğulmasına imkan verin, qoy, sonra ölsün. Amma onun orqanları ağır xəstə olan başqa uşağın həyatda qalmasına səbəb olsun. Bu, övladımızın itkisi ilə barışmağımızla yanaşı, ölümün həyata səbəb olması istəyimiz idi", - Roys Yanq deyib.

Kerri isə danışmaq istəmir. O, sadəcə, təkrarlayır: "Ana kədərinin nə olduğunu bilirsiniz?!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR