Rövşən Lənkəranskinin məzarı başında tikinti gedir - FOTO

Rövşən Lənkəranskinin məzarı başında tikinti gedir - FOTO
12:32 29 Aprel 2017
335 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin məzarının ətrafında tikinti işləri aparılır. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daşdan hörülmüş divarın içərisində onun qəbirüstü abidəsinin qoyulması gözlənilir. Amma tikintini aparan şəxslər çələnglərin arxasındakı hissənin çəkilişinə icazə vermirlər. 

Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev bir müddət öncə mətbuata açıqlamasında qəbirüstü abidənin Bakıda hazırlandığını bildirmişdi. 

Xatırladaq ki, Rövşən Lənkəranski ötən ilin 18 avqustunda Türkiyədə qətlə yetilirib. Tikintisi davam edən abidə də məhz mərhumun il mərasimi üçün hazır ediləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR