Azərbaycana idxal bu il 490 mln. dollar azalıb

Azərbaycana idxal bu il 490 mln. dollar azalıb
12:47 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ "Ötən illə müqayisədə bu ilin ilk 4 ayında Azərbaycana idxalın həcmi 490 mln. ABŞ dolları həcmində azalıb". "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) Maliyyə, tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.
M.Vahabovun sözlərinə görə, xarici ticarət fəaliyyəti iştirakçılarının sayı artıb: "Əgər 4 ay əvvəl xarici ticarət fəaliyyəti ilə məşğul olanların sayı 6 min idisə, bu gün həmin rəqəm 14 mindən çoxdur".
DGK rəsmisi deyib ki, ötən 3 ay ərzində Azərbaycana 554 min turist gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycana-idxal-bu-il-490-mln-dollar-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR