Bakıda istirahət mərkəzinin qarşısında kişini maşın vurub öldürdü - YENİLƏNİB

Bakıda istirahət mərkəzinin qarşısında kişini maşın vurub öldürdü - YENİLƏNİB
13:22 29 Aprel 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

13:16

Bakıda 49 yaşlı piyadanı avtomobil vurub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə aprelin 29-da saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisindəki "Həyat" İstirahət Mərkəzinin qarşısında baş verib.

1968-ci il təvəllüdlü - Dadaşov Tərlan Məmmədağa oğlu istirahət mərkəzinin qarşısından keçərkən naməlum avtomobil tərəfindən vurulub. T.Dadaşov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət işi başlanılıb.

-----------

07:38

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Avtomobil onun üzərindən keçib. Nəticədə yaralı ağır kəllə-beyin və bədən travması ilə xəstəxanaya yerləşdirilib. Onun hər iki ayağı amputasiya edilib. Vəziyyəti ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR