Azərbaycanda qadın müəllim zorla qaçırıldı - Məktəbdən qayıdırmış...

Azərbaycanda qadın müəllim zorla qaçırıldı - Məktəbdən qayıdırmış...
13:32 29 Aprel 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı rayonunda müəllimə zorla qaçırılıb.

Rayonun Nəsimikənd orta məktəbində müəllimə işləyən 28 yaşlı Reyhan Usubovanı 3 nəfər zorla maşına mindirib və ərazidən uzaqlaşıb.

Milli.Az xəbər verir ki, Reyhan müəllimənin əmisi Hüsən Usubov criminal.az-a bildirdi ki, Hacıqabul sakini olan Reyhan 2016-cı ilin sentyabrında təyinatla Saatlı rayonunun Nəsimikənd orta məktəbinə ibtidai sinif müəllimi göndərilmişdi. Dünən qardaşımın həyat yoldaşı ilə elə həmin kəndə Reyhanı Hacıqabula evinə gətirməyə getmişdik. Biz Reyhanının yaşadığı evdə onun dəsrdən evə gəlməyini gözləyirdik. Xeyli vaxt keçsə də, gəlib çıxmadı.

Sonradan məlum oldu ki, Reyhan dərsdən evə qayıdarkən 3 nəfər tərəfindən zorla qaçırılıb. Qaçıranlardan bir nəfərini kənd sakinləri tutub saxlayıblar.

Hadisə ilə bağlı polisə məlumat verildi. Axtarışladan sonra Reyhanın Xaliq adlı şəxs tərəfindən qaçırılaraq Sabirabad rayonunda nənəsinin evində gizlədildiyi məlum oldu. Qız tapılaraq ailəsinə verildi.

Qızı qaçıran Xaliq adlı şəxs Nəsimikənd məktəbində təmir işi ilə məşğul olubmuş. Polis müəlliməni qaçıran şəxsi saxlayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR