Gömrükdə əl arabasının borularından 129 qram qızıl tapıldı

Gömrükdə əl arabasının borularından 129 qram qızıl tapıldı
13:36 29 Aprel 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun ixrac piyada keçid xəttində Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının əl yüklərinə "Heimann X-ray" markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri müvafiq olaraq 19, 19, 19, 18, 18, 18, 18 qram olmaqla, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağılar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2748045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR